Narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsi prosesində tətbiq üçün psixoloji dəstək proqramları hazırlanacaq.
Xezerxeber.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Tədbirlər Planına əsasən, icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.
Səhiyyə Nazirliyi əsas icracı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu isə digər icraçı qurum kimi təyin edilib.