RU

Rusiya Avropaya “ölüm mələkləri” göndərir Pərdəarxası proseslərdə ABŞ var?

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İtaliyanın müdafiə naziri Quido Krosetto jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Rusiyanın mümkün hücumuna hazır deyil. Nazir bu açıqlamanı Rusiyaya məxsus dronların Polşanın hava məkanını pozduğu, NATO ilə Moskva arasında gərginliyin artdığı bir vaxtda verib. O, İtaliyanın da potensial hədəfə çevrilə biləcəyini istisna etməyib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd edib ki, son dövrlərdə ABŞ və Avropa İttifaqının sərt sanksiyalarına məruz qalan, eyni zamanda yeni məhdudiyyət təhlükələri ilə üzləşən Rusiya, NATO ölkələrini hərbi müdaxilə ilə şantaj etməyə başlayıb:

“Rusiyaya məxsus zərbə dronlarının artıq Polşa və Rumıniyanın hava məkanına müdaxilə etməsi, Moskvanın NATO ölkələrini birbaşa təhdid etdiyini göstərir. Bu isə Avropa ictimaiyyətində ciddi narahatlıq doğurur. İtaliyanın müdafiə nazirinin də vurğuladığı kimi, bir çox Avropa ölkəsi Rusiyanın mümkün hərbi təcavüzünə qarşı hazırlıqsız vəziyyətdədir.

Bunun əsas səbəbi ondan ibarətdir ki, Avropa ölkələri uzun illərdir müdafiə xərclərinə ciddi maliyyə ayırmırlar. Bu sahəyə sərf olunmalı olan vəsaitlər əsasən sosial və iqtisadi sahələrə yönəldilib. Çünki NATO üzvü olan bu ölkələr Alyansın kollektiv müdafiə gücünə arxayın olaraq, öz hərbi təhlükəsizlik sistemlərini inkişaf etdirməyə ciddi ehtiyac duymayıblar.

Elçin Xalidbəyli

Lakin indi vəziyyət dəyişib. NATO-nun əsas dayaqlarından biri olan ABŞ Avropanın təhlükəsizlik sisteminə maliyyə dəstəyi göstərmək istəmir və hətta bəzi hərbi bazalarını qitədən çıxaracağını da bəyan edib. Bu isə Avropa üçün real təhlükə deməkdir.

Rusiya da bu boşluğun fərqindədir və Avropanın ən zəif nöqtələrinə təzyiq etməyə çalışır. Böyük Britaniya, Fransa və Almaniya istisna olmaqla, əksər Avropa ölkələri nə müasir hərbi texnologiyalara, nə də yetərli hərbi potensiala malikdir. Belə bir vəziyyətdə Rusiya istənilən zəif Avropa ölkəsini qısa müddətdə zərərsizləşdirə bilər.

Mövcud mərhələdə bu ölkələrin yeganə təhlükəsizlik zəmanəti NATO-nun kollektiv müdafiə mexanizmidir. Avropa İttifaqı faktiki olaraq hərbi təhlükəsizlik baxımından Alyansa tam asılı vəziyyətə düşüb”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
globalinfo.az

1Источники