Ölkə şokdadır: 'Beyin yeyən amöbadan 19 nəfər öldü'
Hindistanın Kerala əyalətində bu il 19 nəfər “beyin yeyən amöba” kimi tanınan Naegleria fowleri tərəfindən törədilən Birincili Amöb meningoensefalitindən (PAM) ölüb. Açıqlamada ilin əvvəlindən ştatda 69 nəfərin aşkarlandığı, 19 nəfərin isə infeksiyadan öldüyü bildirilir.
Bəyanatda infeksiyanın xüsusi bir su mənbəyindən qaynaqlanmadığı və halların təcrid edildiyi və hadisələrdən sonra bütün ştatda nəzarət tədbirlərinin gücləndirildiyi qeyd edilib.
Əvvəlcə baş ağrısı, yüksək hərarət, ürəkbulanma və qusma simptomları ilə özünü göstərən infeksiyanın yüksək ölüm nisbətinə malik olduğu bilinir.