RU

“Əsrin müqaviləsi”ndən iqtisadi müstəqilliyə və tam suverenliyə gedən yol Şərh

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

“2023-cü ilin sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa etməklə Cənubi Qafqazda və dünyada yeni reallıqlar yaratmış oldu. Amma Azərbaycanın suverenliyini tam bərpa etməsi elə də asan başa gəlməyib. Çünki ötən 22 ildə Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın milli maraqlarına əsaslanan siyasi kursunu XXI əsrin çağırışlarına uyğunlaşdıraraq Azərbaycanı dünyada siyasi, iqtisadi və hərbi cəhətdən güclü, qüdrətli bir dövlətə çevirməyə nail oldu”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, bütün bu uğurlara Azərbaycanın böyük xilaskarı və müasir Azərbaycan dövlətçiliyinin memarı sayılan Ulu öndər Heydər Əliyevin ölkədə sabitliyin təmin edilməsi və müasir dövlət quruculuğu istiqamətində müəyyən etdiyi strateji inkişaf nəticəsində nail olunub. “Ulu öndər Heydər Əliyev ölkəni üzləşdiyi təhlükələrdən və böhrandan xilas edərək sürətli inkişaf mərhələsinə qədəm qoymasında 20 sentyabr 1994-cü ildə dünyanın aparıcı enerji şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi”nin müstəsna rolu var. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan siyasi xəritədən silinmək təhlükəsindən xilas olmaqla yeni bir inkişaf mərhələsinə başladı. Ölkədə dövlət quruculuğu istiqamətində hərtərəfli, genişmiqyaslı islahatlar həyata keçirilməyə başladı. Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi ilə Azərbaycan daha sürətli bir inkişaf mərhələsinə qədəm qoymuş oldu”, - o qeyd edib.

O əlavə edib ki, cənab İlham Əliyevin liderliyi altında Azərbaycanın inkişaf strategiyasının əsas hədəfləri isə aşağıdakılardan ibarət idi:

“- Azərbaycanı təkcə regionun lider ölkəsinə deyil, eyni zamanda dünyanın iqtisadi və hərbi cəhətdən güclü, qüdrətli ölkəsinə çevirmək;

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və xeyrimizə olmayan geosiyasi prosesləri ölkəmizin xeyrinə dəyişmək.”

Cənab Prezident İlham Əliyevin çox gözəl bildiyi kimi, bunlara nail olmadan Azərbaycanın qarşısında duran əsas hədəflərə nail olmaq mümkün olmayacaq. Prezidentin uğurlu çoxvektorlu xarici diplomatiyası nəticəsində Azərbaycanın dünyanın güclü, qüdrətli ölkəsi olmaqla yanaşı, ən nüfuzlu və söz sahibi olan ölkələrdən birinə çevrildi. Bu isə Azərbaycanın üzləşdiyi problemlərin həllinə və hədəflərinə nail olunmasına “yaşıl işıq” yandırdı. Nəticədə Azərbaycan beynəlxalq hüququn ona verdiyi hüquqa əsaslanaraq təkbaşına Ermənistanın işğalçılıq siyasətinə son vermək üçün 2020-ci ilin sentyabrın 27-də hərbi əməliyyatlara başladı və 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradaraq ölkə ərazisində ərazi bütövlüyünü təmin etdi. 19-20 sentyabr 2023-cü ildə başladılan qısamüddətli lokal antiterror əməliyyatı nəticəsində isə Azərbaycan tam suverenliyini bərpa etdi. Tam suverenliyini bərpa edən Azərbaycan dünyada tamamilə yeni bir reallıq yaratmış oldu.

Azərbaycan təkcə yeni reallıq yaratmadı, həm də sülhün, sabitliyin, yeni sıx inteqrasiya olunmuş əməkdaşlığın gündəliyini müəyyən etməklə bölgədə sülhün memarı oldu. Uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan artıq Cənubi Qafqazda dayanıqlı sülhün təminatçısı rolunda çıxış edir.

Məhz bu səbəbdən də Azərbaycan Respublikası Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamına əsasən 2025-ci ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edib. Konstitusiyamızın bəyan etdiyi əsas niyyətlərdən olan ərazi bütövlüyümüz və suverenliyimizi tam bərpa edən Azərbaycan uğurla inkişaf edən güclü dövlətə çevrilib. İndi Azərbaycanın qarşısında yaratdığı reallıqlara uyğun olaraq yeni hədəflər var və əminəm ki, cənab Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz yeni-yeni uğurlara, qələbələrə imza atmaqla qarşısında duran məqsədlərinə nail olacaq. Azərbaycan Avrasiya coğrafiyasının və dünyanın əməkdaşlıq mərkəzi kimi üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
olke.az

2Источники