RU

Cabbarov: Bu iqtisadi artımı sürətləndirəcək — Yenilənib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Türkiyənin “Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş.” şirkətinin nümayəndələri ilə görüş keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüş zamanı şirkətin fəaliyyəti barədə məlumat verilib, ölkəmizdə tekstil istehsalı layihəsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, yeni sənaye müəssisələrinin yaradılması iqtisadi potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə təşəbbüslər Azərbaycanda tekstil sənayesinin rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Nazirliyin məlumatına görə, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, şirkətin təcrübəsi, yüksək texnoloji istehsal infrastrukturu və beynəlxalq ticarət əlaqələri bu sahəyə əlavə investisiya qoyuluşları üçün geniş imkanlar yaradır.

18:33

“Ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması iqtisadi potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

KONKRET.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında yazıb.

Nazir qeyd edib ki, Türkiyənin “Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş.” şirkətinin nümayəndələri ilə görüş zamanı Azərbaycanda tekstil istehsalı layihəsi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“Bu cür təşəbbüslər ölkəmizdə sənayenin rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir”, – deyə Mikayıl Cabbarov vurğulayıb.

 

Избранный
40
2
konkret.az

3Источники