Bu həftə Polşa prezidentinin iqamətgahı üzərində PUA zərərsizləşdirilib.
Ajans.az xəbər verir ki, bu barədə Polşa rəsmiləri məlumat yayıb. "Belvedere üzərində pilotsuz uçan aparatı idarə edən ukraynalıya qarşı hava hərəkəti qaydalarını pozmaq ittihamı irəli sürülüb. O, deportasiya tələbi ilə sərhədçilərə təhvil verilib", - məlumatda deyilir.