RU

Varşavada icazəsiz dron qaldıran ukraynalı deportasiya ediləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Polşa hakimiyyət orqanları Varşavanın tarixi mərkəzi üzərində pilotsuz uçuş aparatını icazəsiz qaldırdığına görə 21 yaşlı ukraynalı gənci deportasiya etmək qərarına gəlib.
Oxu.Az bu barədə RMF24 radiosuna istinadən xəbər verir.
Saxlanılmış 21 yaşlı ukraynalı dörd min zloti (təxminən 940 avro - red.) cərimə ödəyib.
Prokurorluğun tələbi ilə onun Polşaya və digər Şengen zonası ölkələrinə 5 il müddətinə girişinə qadağa qoyulması barədə qərar qəbul edilib.
Gənc Ukrayna ilə sərhəddəki nəzarət-buraxılış məntəqəsinə aparılacaq və evə göndəriləcək.
Onunla birlikdə saxlanılan 17 yaşlı belaruslu qız şahid qismində saxlanılıb, sonra sərbəst buraxılıb.
Избранный
72
oxu.az

1Источники