RU

Azərbaycan yığmasının kapitanı AĞIR XƏBƏR aldı

"Sumqayıt"ın futbolçusu, Azərbaycanın U-21 millisinin kapitanı Ayxan Süleymanlı üçün mövsüm bitib.

Sportinfo.az xəbər verir ki, bunu Sumqayıt komandasının mətbuat katibi Zaur Xudiyev deyib.

Klub rəsmisi futbolçunun əməliyyat olunacağını söyləyib:

"Ayxanın zədəsi ciddidir. Hazırda millinin həkimləri ilə müzakirələr davam edir.

Böyük ehtimalla, əməliyyat olunacaq. Daha sonra uzunmüddətli reablitasiya dövrünə girəcək. Demək olar ki, Ayxan üçün mövsüm bitib".

A.Süleymanlı AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun II turunun Bakıda Bolqarıstan yığmasına qarşı keçirilən oyununda (1:1) ciddi zədə alıb. Onun çarpaz bağları cırılıb.

Избранный
12
sportinfo.az

1Источники