RU

Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq

Böyük Britaniyanın Baş naziri Kir Starmerin bu həftəsonu Fələstini dövlət kimi rəsmən tanıyacağı gözlənilir.

Editor.az xəbər verir ki, bu barədə The Times məlumat yayıb.

Xəbərdə bildirilir ki, Starmer bu açıqlamanı ABŞ prezidenti Donald Trampın Londona rəsmi səfəri başa çatdıqdan sonra edəcək. Baş nazirin bəyanatı məhz Trampın ölkəni tərk etməsindən sonra verməsinin səbəbi, həmin mövzunun cümə axşamı Çekersdə keçirilən birgə mətbuat konfransında əsas müzakirə predmetinə çevrilməsinin qarşısını almaqdır.

//Samir Qurbanov, Editor.az

Избранный
36
editor.az

1Источники