RU

Vaşinqton polisi: Kirkin qatili öldürüləcəyindən qorxduğu üçün təslim olub

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Amerikalı fəal Çarli Kirki öldürməkdə ittiham olunan Tayler Ceyms Robinson həbsi zamanı güllələnəcəyindən qorxduğu üçün könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olmağa razılaşıb.

APA xəbər verir ki, bu barədə Vaşinqton dairəsinin şerifi Neyt Bruksbi məlumat verib.

"Tayler bütün səyləri, tüfəngin tapılmasını və fotoşəkilinin xəbərlərdə görünməsini nəzərə alsaq, onun ələ keçirilməsinin qaçılmaz olduğunu başa düşüb. O, tutulacağını bilirdi və xüsusi təyinatlıların evinə basqın edəcəyindən və hüquq-mühafizə orqanlarının onu güllələyəcəyindən qorxurdu." – deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
apa.az

2Источники