Vaşinqton, 18 sentyabr, AZƏRTAC
ABŞ-ın Pensilvaniya ştatında atışma baş verib.
AZƏRTAC-ın məlumatına görə, hadisə zamanı üç hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, daha ikisi yaralanıb. Atəş açan şəxs daha sonra intihar edib. Hadisə polis əməkdaşlarının məhkəmə qərarı ilə axtarış aparmağa getdiyi ərazidə baş verib.
Sağ qalan iki zabit xəstəxanaya yerləşdirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton