RU

“Qəbələ”nin oyunçusu dünya çempionatında iştirak edəcək

“Qəbələ”nin legioneri Salihu Nasiru FİFA U-20 Dünya Çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı futbolçu Çilidə keçiriləcək mundialda mübarizə aparacaq Nigeriya millisinin 21 nəfərlik heyətinə daxil edilib.

Nigeriya U-20 millisi sentyabrın 27-də start götürəcək dünya çempionatının final mərhələsində F qrupunda Kolumbiya, Səudiyyə Ərəbistanı və Norveç komandaları ilə eyni qrupda mübarizə aparacaq.

Salihu Nasiru daha əvvəl Nigeriyanın U-20 millisinin heyətində 4 oyunda iştirak edib.

Избранный
15
sportinfo.az

1Источники