RU

Kirkin qətlində ittiham olunan şəxsin təslim olma səbəbi açıqlandı

BAKI, 18 sentyabr. TELEQRAF

Amerikalı siyasi fəal Çarli Kirkin qətlində ittiham olunan Tayler Robinson həbs zamanı güllələnəcəyindən qorxduğu üçün təslim olub.

Teleqraf xəbər verir ki, bu barədə Yuta ştatının Vaşinqton dairəsinin şerifi Neyt Bruksbi bildirib.

Şerifin sözlərinə görə, Robinson həbs ediləcəyinin qaçılmaz olduğunu anlayıb. O, yalnız sülh yolu ilə həyata keçiriləcəyi təqdirdə təslim olmağa razılıq verib.

Bruksbi Robinsonun polisə təslim olarkən "sakit və qəmgin" göründüyünü söyləyib.

Избранный
20
teleqraf.com

1Источники