RU

Fransada tətillər başlayır

BAKI, 18 sentyabr. TELEQRAF

Bu gün Fransada dövlət büdcəsinə ixtisar tədbirlərinə qarşı etiraz günü çərçivəsində tətillər keçiriləcək.

Teleqraf xəbər verir ki, müəllimlərin, qatar sürücülərinin, əczaçıların və xəstəxana işçilərinin tətillərə qoşulacağı gözlənilir.

Həmkarlar ittifaqları ictimai xidmətlərə daha çox vəsaitin ayrılmasını, varlılara daha çox vergi qoyulmasını və dövlət pensiyalarına dair dəyişikliyin ləğv edilməsini tələb edirlər.

Qeyd edək ki, sosial narazılıq Prezident Emmanuel Makron və onun yeni təyin etdiyi Baş nazir Sebastyan Lekornun siyasi böhranla üzləşdiyi bir vaxta təsadüf edir.

Избранный
55
1
teleqraf.com

2Источники