RU

Suriyanın İsraillə davam edən təhlükəsizlik danışıqları yaxın günlərdə nəticə verə bilər

Suriya prezidenti Əhməd əş-Şaraa İsraillə davam edən təhlükəsizlik danışıqlarının yaxın günlərdə nəticə verə biləcəyini açıqlayıb.

APA xəbər verir ki, Suriya prezidenti İsraillə davam edən təhlükəsizlik danışıqları ilə bağlı açıqlamalar verib.

əş-Şaraa bildirib ki, təhlükəsizlik razılaşması əldə olunarsa, başqa razılaşmalar da mümkündür, lakin sülh və normallaşma hazırda masada deyil.

Təhlükəsizlik razılaşmasını bir zərurət olaraq xarakterizə edən Suriya prezidenti hər hansı bir potensial razılaşma çərçivəsində Suriyanın hava sahəsi və suverenliyinə hörmət edilməsi lazım olduğunu deyib.

Избранный
23
1
apa.az

2Источники