RU

Kiyev PUA hücumuna məruz qaldı

BAKI, 18 sentyabr. TELEQRAF

Kiyev vilayəti pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Teleqraf xəbər verir k, bu barədə Ukraynanın “Telegram” kanalları məlumat yayıb.

Bildirilir ki, Ukrayna paytaxtında 10 dron müşahidə olunub. Bundan sonra şəhərdə hava hücumundan müdafiə sistemi (HHM) işə düşüb və partlayışlar eşidilib.

Daha sonra məlum olub ki, Kiyevlə qonşu olan Borispol və Buça şəhərlərində də PUA zərbələrindən sonra yanğınlar başlayıb.

Избранный
17
teleqraf.com

1Источники