RU

İspaniya millisi DÇ-2026-nı boykot edə bilər

İspaniya hökuməti İsrailin iştirak edəcəyi təqdirdə millinin 2026-cı il dünya çempionatına getməməsi ehtimalını istisna etməyib.

İdman.biz bildirir ki, İspaniya Sosialist İşçi Partiyasının Konqresdəki nümayəndəsi Paci Lopez bəyan edib ki, 2026-cı il dünya çempionatının belə boykot edilməsi gələcəkdə nəzərdən keçirilə bilər.

"2026 Dünya Çempionatında hansı komandaların və ölkələrin iştirak edəcəyini hələ dəqiq bilmirik. İdman real dünyada baş verənlərdən təcrid olunmuş bir ada deyil və ola da bilməz, xüsusən də söhbət kütləvi insan haqları pozuntularından gedirsə". Bunu isə İspaniya hökumətinin sözçüsü Pilar Alegria deyib.

O, beynəlxalq idman federasiyalarını İsraili boykot etməyə çağırıb.

Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes Qəzza zolağı və Ukraynada hərbi münaqişələr həll olunana qədər İsrail və Rusiya idmançılarının beynəlxalq yarışlardan uzaqlaşdırılmasını istəyib.

İsrailin iştirak edəcəyi təqdirdə İspaniya "Eurovision" mahnı müsabiqəsini də boykot etməyi planlaşdırır.

Dünya Çempionatının seçmə turnirində İsrail lider Norveçdən 6 xal geri qalaraq I qrupunda 9 xalla 3-cü yerdədir.

2026-cı il dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın müxtəlif şəhərlərində keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda mübarizə aparacaq.

İdman.biz

Избранный
24
1
idman.biz

2Источники