RU

Xarici təhdidlərə qarşı silahlar alınacaq

Yazını böyüt
Yazını kiçilt

Danimarka müdafiə büdcəsinə etdiyi bir neçə illik ixtisarlarından sonra xarici təhdidlərin qarşısını almaq məqsədilə uzaqmənzilli yüksək dəqiqlikli silahlar almağı planlaşdırır.

Hafta.az xəbər verir ki, bunu ölkənin Baş naziri Mette Frederiksen bəyan edib.

Frederiksen jurnalistlərə açıqlamasında vurğulayıb ki, Rusiya–Ukrayna müharibəsindən sonra yaranan ciddi çatışmazlıqları aradan qaldırmaq üçün bu il Danimarka müdafiə büdcəsini artırıb.

“Şübhə yoxdur ki, Rusiya hələ uzun illər Avropa və Danimarka üçün təhlükə yaradacaq”.

O, eyni zamanda qeyd edib ki, Danimarkaya birbaşa hücum təhlükəsi yoxdur.

Müdafiə naziri Troels Lund Pulsen isə qeyd edib ki, alışa düşmən ərazisindəki hədəfləri məhv etməyə qadir raketlər və pilotsuz uçuş aparatları daxil ola bilər. O, hökumətin bu məqsəd üçün nə qədər vəsait ayıracağını və konkret hansı silahların alınacağını açıqlamayıb.

Qeyd edək ki, ötən həftə NATO üzvü olan Danimarka Avropa istehsalı olan hava hücumundan müdafiə sistemləri üçün 58 milyard Danimarka kronu (9,2 milyard ABŞ dolları) xərcləyəcəyini bəyan edib. Bu, ölkənin tarixində ən böyük silah alışı olacaq.

Избранный
16
4
hafta.az

5Источники