Sentyabrın 17-də elm və təhsil naziri Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri Eral Osmanların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş çərçivəsində ölkələr arasında universitetlərarası əməkdaşlıq, o cümlədən elm və ali təhsil sahəsində Bahçeşehir Kıbrıs Universiteti ilə inkişaf perspektivləri müzakirə edilib.