UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda daha 6 oyun keçirilib.
Yenisabah.az xəbər verir ki, "Qarabağ"ın rəqiblərindən "Ayaks" evdə "İnter"ə uduzub.
"Liverpul" "Atletiko"ya, "Bavariya" "Çelsi"yə doğma meydanda qalib gəlib. UEFA Çempionlar Liqasının son qalibi PSJ isə doğma meydanda "Atalanta"nı məğlub edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
"Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) – 0:0
"Slaviya" (Çexiya) - "Budyo Qlimt" (Norveç) – 2:2
PSJ (Fransa) - "Atalanta" (İtaliya) – 4:0
"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) – 3:1
"Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) – 3:2
"Ayaks" (Niderland) - "İnter" (İtaliya) – 0:2