RU

Belarusdan Ukraynaya hücum gözlənilir

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın "Qərbə -2025" hərbi təlimləri NATO -ya əzələ nümayiş idi. Belarusda keçirilən hərbi təlimlər birbaşa Polşanın təhlükəsizliyini təhdid edirdi. Polşanın hava məkanında kəşfiyyat uçuşları həyata keçirən Rusiya Qərbi preventiv zərbələrlə hədəyir. Amma, Rusiyanın NATO üzvü olan ölkəyə hücum edib, ikinci cəbhə açması mümkün görünmür. Buna baxmayaraq, Rusiya Polşa ərazisində Qərbin Ukraynaya logistika zəncirinə zərbə vuran bilər.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, artıq ABŞ və Rusiya siyasi danışıqları dayanıb. V. Putinin hərbi uniformada poliqona gəlməsi danışıqlar prosesində maraqlı olmadığının mesajını verdi. Şərqi Avropa Rusiya-Qərb arasında yeni cəbhə xətti kimi qəbul edilir. Rusiya Belarusda öz hərbi qüvvələrini komplekləşdirib. Belarusdan Ukraynaya hücum mümkün ola bilər. Məhz ABŞ-ın Belarusla apardığı danışıqlarda buna getməməyi tələb etməsi istisna deyil.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
36
icma.az

1Источники