RU

İspaniya DÇ-2026-da iştirakdan imtina edə bilər

İspaniya hökuməti İsrailin iştirak edəcəyi təqdirdə millinin 2026-cı il dünya çempionatına getməməsi ehtimalını istisna etməyib.

Msport.az xəbər verir ki, İspaniya Sosialist İşçi Partiyasının Konqresdəki nümayəndəsi Paci Lopez bəyan edib ki, DÇ-2026-nın belə boykot edilməsi gələcəkdə nəzərdən keçirilə bilər.

“DÇ-2026-da hansı komandaların və ölkələrin iştirak edəcəyini hələ dəqiq bilmirik. İdman real dünyada baş verənlərdən təcrid olunmuş bir ada deyil və ola da bilməz, xüsusən də söhbət kütləvi insan haqları pozuntularından gedirsə”, – deyə İspaniya hökumətinin sözçüsü Pilar Alegria deyib.

O, beynəlxalq idman federasiyalarını İsraili boykot etməyə çağırıb. Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes Qəzza zolağı və Ukraynada hərbi münaqişələr həll olunana qədər İsrail və Rusiya idmançılarının beynəlxalq yarışlardan uzaqlaşdırılmasını istəyib. İsrailin iştirak edəcəyi təqdirdə İspaniya “Eurovision” mahnı müsabiqəsini də boykot etməyi planlaşdırır.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində İsrail lider Norveçdən 6 xal geri qalaraq I qrupunda 9 xalla 3-cü yerdədir. Final mərhələsi 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın müxtəlif şəhərlərində keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda mübarizə aparacaq.

Избранный
26
1
msport.az

2Источники