Sabah başlayacaq “2025 Formula-1 Azərbaycan Qran Prisi” iləəlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığınınəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkətitəhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısınınalınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzədoğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimiBakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsiistiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya YeniYasamal ərazisindən keçməklə hərəkət etsinlər.
Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isəqəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməkləTeymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğruhərəkət etmələri tövsiyə olunur.
Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışınkeçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkünqədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnızictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.