İngiltərənin Premyer Liqa təmsilçisi “Nyukasl Yunayted” diqqətini La Liqanın ulduzlarından biri olan Dani Olmoya yönəldib.
İdman.biz xəbər verir ki, klubun ispan futbolçu üçün 70 milyon funt-sterliqdən artıq təklif irəli sürəcəyi bildirilir.
"Barselona"da çıxışı ilə diqqət çəkən 25 yaşlı yarımmüdafiəçi, həm də İspaniya millisindəki parlaq çıxışı ilə “Nyukasl” rəhbərliyinin maraq dairəsinə düşüb.
İdman.biz