RU

Azərbaycanda iş adamları yeni investisiya istiqaməti tapıblar: Kanada, Sinqapur və Kolumbiya

2025-ci ildə Azərbaycandan olan iş adamları üçün investisiya imkanlarını bir neçə yeni ölkədə həyata keçirməyə başlayıblar.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının göstəricilərində qeyd edilir.

Azərbaycandan Sinqapura, Kolumbiyaya, Kanadaya və Yeni Zelandiyaya birbaşa investisiyalar yatırmağa başlayıb ki, bu öncəki ildə müşahidə edilməmişdi. Azərbaycandan olan investorlar Sinqapura ümumi həcmi $3.43 milyon, Kolumbiyaya $2.92 milyon və Kanadaya isə $2.01 milyon birbaşa investisiya yatırıblar. Yeni Zelandiyaya qoyuluşları isə $2 milyona yaxınlaşıb.

Ən böyük artım İsrail istiqamətində qeydə alınıb. 2024-cü ilin yanvar–iyun aylarında cəmi $0.40 milyon sərmayə yatırıldığı halda, 2025-ci ildə bu rəqəm $543 milyona yüksəlib.  AMB-dəki Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, bu ilin I yarısında Azərbaycanın İsrailə yatırdığı 542.5 milyon ABŞ dolları investisiya Aralıq dənizində yerləşən İsrailin “Tamar” qaz yatağı layihəsi ilə bağlıdır.

ABŞ-a yönələn investisiyalar da kəskin artaraq $20 milyondan $78 milyona çatıb. Türkiyəyə yatırımlar 64 faiz artımla $177 milyona, Gürcüstana 19 faiz artımla $77 milyona, Birləşmiş Krallığa 27 faiz artımla $65 milyona yüksəlib. İspaniyaya yönəldilən sərmayə 174 faiz artaraq $48 milyona, Rusiyaya yatırımlar isə 157 faiz artaraq $28 milyona çatıb.

Asiya istiqamətində də diqqətçəkən dinamika müşahidə olunub. Çinə yatırımlar $2.7 milyondan $9 milyona qalxaraq 241 faiz artıb. Hindistana sərmayələr demək olar ki, sıfırdan başlayaraq $2.6 milyona çatıb. Yaponiyaya investisiyalar 38 faiz artaraq $7.8 milyon, Koreya Respublikasına isə 40 faiz artaraq $10.4 milyon olub. Finlandiyaya yönəldilən investisiyalar isə doqquz dəfəyə yaxın artaraq $11 milyona çatıb.

Qeyd edək ki, 2025-ci ilin ilk yarısında Azərbaycandan xarici iqtisadiyyata yönəldilən birbaşa investisiyalar $1.35 milyard təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artım deməkdir.

Eyni zamanda bir sıra ölkələrdə azalma qeydə alınıb. BƏƏ-yə sərmayələr 62 faiz azalaraq $156 milyona düşüb. Özbəkistana yatırımlar 68 faiz azalaraq $21 milyona enib. İtaliyaya investisiyalar 59 faiz, Avstraliyaya 51 faiz, Danimarkaya 22 faiz, Fransaya isə 20 faiz azalıb. İsveçə yönələn sərmayələr isə 92 faiz geriləyərək $2 milyona enib.

Избранный
26
banker.az

1Источники