RU

Bu gün Montin qəsəbəsi və bəzi küçələrdə su olmayacaq

BAKI, 18 sentyabr. TELEQRAF

Nərimanov rayonu ərazisində yol infrastrukturunun genişlənməsi məqsədilə görülən işlər çərçivəsində magistral su xəttinin dəyişdirilməsi ilə əlaqədar bu gün səhər saatlarından axşam saatlarınadək bu xətdən qidalanan abonentlərə suyun verilməsində fasilə yaranacaq.

Teleqraf xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, su təchizatında fasilə yaranacaq ərazilərə bütün Montin qəsəbəsi və Ə.Rəcəbli, Təbriz, Əliyar Əliyev, Nazim Hacıyev, Faiq Yusifov, Tarzan.H.Məmmədov, Ə.Orucəliyev, Mirzəbala Məmmədzadə, Həsənoğlu, F.Xoyski, A.M.Cümə, Y.V.Çəmənzəminli, Ağa Nemətulla, Akad.H.Əliyev, Heydər Əliyev pr, B.Dadaşov, Qafur Rəşad, S.Y.Bakuvi küçələri daxildir.

Избранный
20
3
teleqraf.com

4Источники