RU

Nizami rayonundakı yanğın söndürüldü - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.


***

10:09

Bakı şəhərinin Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində güclü yanğın baş verib. Hadisə nəticəsində ümumi sahəsi 900 kvadratmetr olan bir-birinə bitişik üç fərdi yaşayış evi yanıb.

News24.az-ın məlumatına görə, iki ev tamamilə yanaraq yararsız hala düşüb. Digər evin isə 45 kvadratmetr sahədə dam örtüyü yanıb, qalan hissələri və digər bitişik evlər yanğından mühafizə olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. 

Hadisənin səbəbləri araşdırılır.


Xanım Cavanşirqızı 


Избранный
38
12
news24.az

10Источники