RU

Qonşu ölkənin SSRİ ilə bağlı açıqlaması Moskvanı qəzəbləndirdi: Stalin olmasaydı...

BAKI, 18 sentyabr. TELEQRAF

“Finlandiya müstəqilliyini SSRİ lideri İosif Stalinin sayəsində qoruyub saxlayıb”.

Teleqraf xəbər verir ki, bunu TASS-a Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü Sergey İvanov deyib.

Onun iddiasına görə, Finlandiyanın o vaxtkı lideri Karl Qustav Mannerheym də Stalinin “xoş niyyət”i sayəsində İkinci Dünya müharibəsindən sonra təqiblərdən yayına bilib.

“Finlandiya öz müstəqilliyini Sovet İttifaqının o vaxtkı lideri yoldaş Stalinin ölkəyə göstərdiyi xoşməramlılıq sayəsində qoruyub saxlayıb. Bunu çox az adam bilir, amma o, marşal Mannerheymin mühakimə olunmamasını da əmr etmişdi”, - İvanov vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl 1944-cü ildə SSRİ ilə imzalanmış müqaviləni şərh edən Finlandiya Prezidenti Aleksandr Stubb ölkəsinin həmin il SSRİ ilə müharibədə müstəqilliyini qoruyaraq onun üzərində qalib gəldiyini açıqlayıb. Finlandiya liderinin sözləri Rusiya Xarici İşlər Nazirliyi tərəfindən də sərt reaksiya ilə qarşılanıb.

Избранный
29
teleqraf.com

1Источники