ABŞ-ın Pensilvaniya ştatında silahlı insident yaşanıb.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, York dairəsində baş verən atışma nəticəsində 3 polis əməkdaşı həlak olub, ikisi isə ağır yaralanıb.
Səlahiyyətlilər hücumçunun polis tərəfindən vurularaq zərərsizləşdirildiyini bildirib.