RU

Antiterror əməliyyatı dövlət suverenliyinin bərpasının yeganə yolu idi - Kamaləddin Qafarov

Bakı. Trend:

“2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyaarasında imzalanmış üçtərəfli Bəyanatla İkinci Qarabağ müharibəsibaşa çatdı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazibütövlüyü bərpa olundu. Lakin razılaşmaya baxmayaraq, bölgədəgərginlik tam aradan qalxmadı. Ermənistan silahlı qüvvələrininqalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Qarabağdaqanunsuz şəkildə mövcudluğunu davam etdirdi. 2020-ci ildən sonra busilahlı birləşmələrin sayı 10 min nəfəri keçmişdi ki, bu da birbaşaüçtərəfli Bəyanatın pozulması demək idi.” Bu sözləri mətbuataaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili 2021-ci ildən etibarən erməni silahlı birləşmələritərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə terroraktlarının həyata keçirildiyini qeyd edib: “Ermənistanda istehsaledilmiş yeni tipli minalar Azərbaycanın mülki və hərbi personalınaqarşı istifadə olunurdu. Bu, bir daha sübut edirdi ki, Ermənistanvə onun dəstəklədiyi separatçı rejim bölgədə sülh və sabitlikistəmir. Bu vəziyyət 2023-cü ilin 19 sentyabrında pik həddə çatdı.Qarabağda yerləşən erməni silahlı dəstələri genişmiqyaslıtəxribatlara və terror hücumlarına əl atdılar. Azərbaycan SilahlıQüvvələri məhz bu təxribatlara cavab olaraq Ölkə Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasənbölgədə lokal xarakterli antiterror əməliyyatına başladı.Əməliyyatın məqsədi həm təhlükəsizliyə qarşı olan təhdidləri aradanqaldırmaq, həm də Azərbaycanın Konstitusiya quruluşunu tam bərpaetmək idi.”

Kamaləddin Qafarov bildirib ki, antiterror əməliyyatı həm dəAzərbaycanın müasir hərbi gücünün və siyasi iradəsinin barizgöstəricisi idi: “Əməliyyat çox qısa müddətdə – cəmi 23 saat 43dəqiqə ərzində uğurla başa çatdı. Separatçı silahlı dəstələrmüqavimət göstərə bilməyərək ağ bayraq qaldırmağa məcbur oldular.Bundan cəmi 9 gün sonra, sentyabrın 28-də, Qarabağdakı qondarmarejimin rəhbəri Samvel Şahramanyan “Dağlıq Qarabağ Respublikasının”ləğvi ilə bağlı sənəd imzaladı. Bu sənəd, Ermənistanın illərdirbölgədə yaratmağa çalışdığı separatçı qurumun rəsmi şəkildə süqutudemək idi. 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycandövlətçiliyi üçün strateji dönüş nöqtəsi oldu. Bu əməliyyat, təkcəhərbi yox, həm də siyasi və hüquqi baxımdan Azərbaycanın tamsuverenliyinin bərpası yolunda atılmış həlledici addım idi.”

Избранный
39
16
az.trend.az

10Источники