RU

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 140, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 12 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Избранный
19
49
azertag.az

10Источники