FED siyasət faizini 25 baza bəndi aşağı salaraq 4,00-4,25% aralığına endirib. Daha əvvəl ardıcıl beş iclasda faiz dərəcələrini dəyişməmişdi. Bu, ilk dəfədir ki, FED 2025-ci ildə faiz dərəcələrini azaltmağa qərar verir.
Manşet.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi ( FED ) çərşənbə günü siyasət faizini 0,25 faiz bəndi azaldaraq 4,00-4,25% aralığına endirib və ilin qalan hissəsində mərhələli azalmaların davam edəcəyini açıqlayıb. İş bazarının zəifləməsi ilə bağlı narahatlıqlar fonunda verilən qərar ABŞ prezidenti Donald Trampın təyin etdiyi şəxslərin əksəriyyətinin dəstəyini qazanıb.