RU

Fransa kütləvi etirazlara və tətillərə hazırlaşır

Bu gün Fransada dövlət xərclərinin azaldılması planına etiraz əlaməti olaraq 250-dən çox nümayiş planlaşdırılıb.

Bakıvaxtı.az bu barədə Fransa KİV-inə istinadən xəbər verir.

Məlumata görə, müxtəlif iqtisadi sahələrin həmkarlar ittifaqları dövlət xidmətlərinin maliyyələşdirilməsinin artırılması, varlı vətəndaşlar üçün daha yüksək vergilərin tətbiqi, həmçinin geniş ictimai narazılığa səbəb olan pensiya islahatının ləğv edilməsi tələbləri ilə çıxış edirlər.

Etiraz aksiyalarına təxminən 800 min nəfərin qatılacağı gözlənilir.

Bununla əlaqədar ölkənin nəqliyyat sistemində ciddi fasilələr proqnozlaşdırılır, bir çox məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.

Избранный
14
2
bakivaxti.az

3Источники