RU

Gəncədə 3 avtomobil toqquşdu -Xəsarət alanların son durumu


17.09.2025-ci il tarixində saat 23:40 radələrində 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir, onların vəziyyətləri orta ağırdır.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən digər pasiyent (qadın cinsli) isə ambulator müalicə üçün evə buraxılıb.


Избранный
36
medicina.az

1Источники