RU

“Avropa təhlükəsizlik konsepsiyasını yenidən düşünməlidir”

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Rusiya NATO-nun və Polşanın nəbzini yoxlayır və onlardan nəyə qadir olacağını gözləyir. Əlbəttə ki, hər kəs çox yaxşı bilir ki, bu proseslər çox ciddi müharibəyə və toqquşmaya gətirib çıxara bilər”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, hazırda doğrudan da biz Avropada müəyyən məsələlərlə bağlı konsensusa şahidlik etməkdəyik: “Xüsusilə Trampın Ukrayna ilə bağlı fərqli mövqeyi Britaniya, Fransa, Almaniyanın vahid və həmrəy mövqe nümayiş etdirməsinə gətirib çıxarıb. Ən əsası bu gün Avropa təhlükəsizlik konsepsiyasını yenidən düşünməlidir: hansı hallarda onlar, öz üzv olan ölkələrdə NATO belə hücumlar zamanı adekvat, bərabər cavab atəşi açmağa qadirdir. Hazırda bunun üzərində müzakirələr getməkdədir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
icma.az

1Источники