RU

“Kayrat”ın baş məşqçisi “Qarabağ”ı örnək alır

Almatının “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqasında debüt matçları ilə bağlı gözləntilərini bölüşüb.

“İki sahil” xəbər verir ki, sentyabrın 18-də Almatı təmsilçisi Lissabonda tarixi oyuna çıxacaqlar. Klub ilk dəfə olaraq Avropanın əsas turnirinin qrup mərhələsində iştirak edəcək. Rəqib son Portuqaliya çempionu “Sportinq”dir.

Ətraflı

Urazbaxtin keçirdiyi mətbuat konfransında vurğulayıb ki, komanda motivasiyalıdır və sadəcə statist rolu ilə kifayətlənmək niyyətində deyil: “Sportinq’lə oyuna gəlincə, bizim üçün çox həyəcanlıdır. Biz ilk dəfədir Çempionlar Liqasının qrup mərhələsində iştirak edirik. Bu mərhələdə bütün komandalar yüksək səviyyədədir. Bu, həm özümüzü göstərmək, həm də tanınmış rəqib qarşısında gücümüzü sınamaq imkanıdır. ‘Sportinq’lə oyun bizim nə dərəcədə hazır olduğumuzu göstərəcək. Matçı böyük səbirsizliklə gözləyirik”.

Urazbaxtin Avropada “Kayrat”a skeptik (inamsız) yanaşıldığını da xüsusi vurğulayıb:

“Hər yerdə yazırlar ki, Çempionlar Liqasında biz xal verən donor komanda olacağıq.. Təbii ki, bu, bizi incidir. Biz bunun əksini sübut etmək və belə səviyyədə oynamağa layiq olduğumuzu göstərmək istəyirik. Onsuz da Çempionlar Liqasına düşmək bizim üçün böyük hadisədir. Təzyiq hiss etmirik, meydana çıxıb ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirəcəyik. Dünən ‘Qarabağ’ın ‘Benfika’ya qalib gəlməsi sübut etdi ki, adlar oynamır, meydana canlı insanlar çıxır. Biz də ‘Sportinq’lə oyunda bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, “Sportinq” - “Kayrat” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Избранный
12
10
ikisahil.az

10Источники