Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Əsəd Əl-Şeybani Suriyaya qarşı qalan sanksiyaların birdəfəlik ləğvi ilə bağlı danışıqlar aparacaq
Keçid hökumətinin tabeliyində olan Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani ABŞ-ın qalan sanksiyalarının ləğvi ilə bağlı danışıqlar aparmaq üçün bu gün ABŞ-a səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə mənbələrinə istinadən “Axios” məlumat yayıb.
“Suriya xarici işlər naziri Əsəd Əl-Şeybani cümə axşamı günü Kapitolidə Suriyaya qarşı qalan sanksiyaların birdəfəlik ləğvi ilə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək”, - nəşr bildirib.
Bu, Suriya xarici işlər nazirinin 25 ildən artıq müddətdə ABŞ-a ilk səfəri olacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.