RU

Çingiz Hüseynzadə: 30 ildən çoxdur ki, bu ənənə davam edir

“Olimpiya Günü” Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təşkil olunur və bütün dünyada qeyd edilir. Əvvəllər iyul ayında baş tutsa da, Milli Olimpiya Komitəsinin təklifi ilə bu tədbir məktəblər açıldıqdan sonra keçirilir.

Teleqraf xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında bildirib. O, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 131-ci ildönümünə həsr edilmiş “Olimpiya Günü” barədə fikirlərini bölüşüb: “Bu gün ənənəvi olaraq ‘Olimpiya Günü’ keçirilir və artıq 30 ildən çoxdur ki, bu ənənə davam edir. Əslində, Beynəlxalq Olimpiya Günü iyul ayında qeyd olunur. Sadəcə həmin vaxt yarışlar keçirildiyi üçün təqvim dəyişdirildi. Skopyada keçirilən yarışda iştirak edən idmançılarımız da bu gün burada iştirak edir. Hazırda dünya çempionatı keçirilir, III MDB oyunları isə yaxınlaşır. Yəni idman tədbirlərimiz silsilə şəklində davam edir”.

Qeyd edək ki, tədbir Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, TƏBİB, Bakı Şəhər Baş Polis İdarəsi, parkın əməkdaşları, eləcə də Azərbaycan Respublikası Kəndir və Atletika federasiyalarının dəstəyi ilə keçirilir.

Избранный
26
teleqraf.com

1Источники