RU

SOCAR "Uzbekneftegaz" şirkətinin əməkdaşları üçün təcrübə proqramları təşkil edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



SOCAR və "Uzbekneftegaz" şirkəti arasında əməkdaşlıq çərçivəsində neft-qaz sənayesinin müxtəlif sahələrini əhatə edən təcrübə mübadiləsi proqramları həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, layihə çərçivəsində 8-12 sentyabr 2025-ci il tarixlərində "Uzbekneftegaz" şirkətinin əməkdaşları üçün "İnsan resurslarının idarə edilməsi" sahəsində təcrübə proqramı həyata keçirilib.
Proqram iştirakçılarının SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ilə görüşündə təcrübə mübadiləsinin əhəmiyyəti, tərəfdaşlıq imkanları və əməkdaşlıq perspektivləri müzakirə olunub. İştirakçılar, həmçinin SOCAR-ın Bakı Ali Neft Məktəbində və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində olublar.
Qeyd edək ki, cari il 25-29 avqust tarixlərində "Uzbekneftegaz" şirkətinin əməkdaşları üçün "Geoloji-kəşfiyyat işlərinin aparılmasının müasir üsulları və karbohidrogen ehtiyatlarının hasilatının artırılması" istiqamətində də təcrübə proqramı təşkil olunub.
Proqram qarşıdakı mərhələlərdə "Neft-qaz biznesində risklərin idarə edilməsi", eləcə də "Neft-qaz kompleksində innovasiya fəaliyyətinin idarə olunması" mövzuları üzrə davam etdiriləcək.
Избранный
20
oxu.az

1Источники