Yazını böyüt
Yazını kiçilt
Türkiyə Trabzon şəhərinin Akçaabat rayonunda xırdavat və inşaat materialları satılan ticarət mərkəzinin anbarında yanğın başlayıb.
Hafta.az xəbər verir ki, yanğının səbəbi hələ dəqiqləşdirilməyib, səmanı qatı qara tüstü bürüyüb. Hadisə yerinə Böyükşəhər Bələdiyyəsi yanğınsöndürmə qrupları cəlb edilib. Yanğın səbəbindən Qara dəniz Sahil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, alovların söndürülməsi işləri davam edir. /"TGTR Haber"/