RU

Rəsmi danışıqları qeydə almayıblarmış Avropa Komissiyasında qalmaqal

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ursula Von der Lyayen barəsində yeni ittihamlar səsləndirilib.

Milli.Az xəbər verir ki, məlumatı "Politico" jurnalı yayıb.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen komissar namizədləri ilə müsahibələrin qeydlərini aparmayıb. Bu, prosesin şəffaflığı ilə bağlı ciddi suallar yaradıb.

Belə ki, 2024-cü ildə Avropa Komissiyasının sədri ilə İspaniya komissarı Teresa Ribera arasında keçirilmiş müsahibənin sənədləri tələb olunub. Hansı ki, bu danışıqlardan sonra Ribera Von der Lyayenin müavini olub.

Avropa Komissiyasının baş katibi İlze Yuhansone etiraf edib ki, müsahibə yalnız şifahi şəkildə baş tutub və heç bir yazılı qeyd yoxdur.

Avropa ombudsmanı Teresa Ançinyo bildirib ki, belə hallar və gecikmiş cavablar vətəndaşların Avropa İttifaqına etimadını sarsıda bilər. Harvard tədqiqatçısı Alberto Alemanno isə hadisəni onun idarəetmə prinsiplərinə laqeyd yanaşması kimi dəyərləndirib.

İsmayıl

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
2
news.milli.az

3Источники