RU

Beyləqanda çətənə bitkiləri əkib-becərən şəxslər saxlanılıblar

Beyləqanda polis əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiyasını təşkil edən əvvəllər məhkum olunmuş Abbas Məmmədov və tanışı Daşqın Qədirovu saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların rayon ərazisində yerləşən meşə massivində 67 ədəd çətənə bitkisi yetişdirdikləri məlum olub.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

​​​​​​"Cebheinfo.az"

Избранный
23
15
cebheinfo.az

10Источники