RU

Qanunvericiliyə ağacların qorunması üçün “Yaşıl irs” anlayışının daxil edilməsi təklif olunur

Bakı. Trend:

Son illərdə baş verən iqlim dəyişiklikləri, küləklərinintensivləşməsi, torpaq strukturlarının pozulması və nəhayət, uyğuntexniki nəzarət mexanizmlərinin olmaması nəticəsində bir çox qədimçinarlar ya kökdən çürüyür, ya da təbii fəlakətlər zamanı aşıb məhvolur.

Trend xəbərverir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika vəekologiya komitəsinin sədr müavini Fatma Yıldırım komitənin bugünküiclasında çıxışı zamanı deyib.

Sədr müavini qanunvericiliyə “Yaşıl irs” anlayışının daxiledilməsini təklif edib.

“Bioloji, ekoloji və tarixi dəyəri olan ağaclar — xüsusiləçinarlar üçün ayrıca hüquqi status verilsin. Bu status çərçivəsindəonların qeydiyyatı, pasportlaşdırılması, texniki monitorinqiaparılsın. Regionlarda “Yaşıl İrs Reyestri” yaradılmalı, yaşı azı100-dən yuxarı olan çinarlar bu siyahıya salınmalı və illik texnikiaktlar tərtib edilməlidir. Bərpa və qoruma tədbirləri çərçivəsindəmüvafiq ağacların fiziki dayanıqlığı küləyə davamlılıq üçün dayaqdirekləri, torpaq möhkəmləndirilməsi, ağac ətrafında nəmləndirməzonaları kimi texniki tədbirlərlə artırılmalıdır. Yerli icrahakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üçünnormativ öhdəliklər müəyyən edilməlidir. Yəni ağac yalnız abidədeyil, həm də idarəolunan və qorunan canlı resurs kimi hüquqikateqoriyaya keçməlidir”.

Millət vəkili bildirib ki, beynəlxalq təcrübəyə nəzər salsaq,Türkiyədə “Anıt Ağaçlar” statusu mövcuddur.

“Həmin ölkələrdə bu ağaclar yalnız qorunmur — həm dəmaarifləndirici və ekoturizm obyekti kimi cəmiyyətə inteqrasiyaedilir. Azərbaycan da bu modeldən istifadə edə bilər. Ekologiya vəTəbii Sərvətlər Nazirliyi tərəfindən artıq Gəncə şəhərində III MDBoyunları ilə bağlı bu istiqamətdə müəyyən işlər aparılmağabaşlanılıb. Hesab edirəm ki, bu prosesin ölkəmizin bütünregionlarında həyata keçirilməsi və bu istiqamətdə daha sistemlinəticələr əldə etmək üçün müvafiq qanunvericilik bazasıformalaşdırılmalıdır”, - deyə Fatma Yıldırım fikrinitamamlayıb.

Избранный
112
4
az.trend.az

5Источники