RU

Dünyanın ən hündür oteli bu şəhərdə açılacaq

Dünyanın ən hündür oteli olan “Ciel Dubai Marina” noyabr ayında Dubayda açılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Dubay hökumətinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

“Müasir Dubay siluetinə yeni bir görməli yer əlavə olunur. Bu ilin noyabrında Ciel Dubai Marina dünyanın ən hündür oteli kimi açılacaq,” – deyə paylaşımda qeyd olunub.

Bildirilir ki, 377 metr hündürlüyə malik, 82 mərtəbəli otel Dubai Marina rayonunda yerləşəcək. Hazırda dünyanın ən hündür oteli də Dubayda yerləşən, 356 metr hündürlüyə malik “Gevora” otelidir.

Избранный
34
moderator.az

1Источники