RU

Elnur Məmmədov Avstraliyada dopinqlə mübarizə siyasəti barədə çıxış edib - FOTO

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Avstraliyanın Brisben şəhərində “Regional bacarıqların artırılması” mövzusunda keçirilən konfransda iştirak edib.

İdman.biz xəbər verir ki, tədbirdə Asiya-Sakit Okean regionunun müxtəlif ölkələrindən nümayəndələri, antidopinq siyasəti üzrə mütəxəssislər və bu sahədə fəaliyyət göstərən ekspertlər bir araya gəliblər.

UNESCO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasının Katibliyi tərəfindən təşkil olunan konfransda dopinqlə mübarizə sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin nümayəndələri öz təcrübələrini bölüşərək digər iştirakçı ölkələr üçün nümunəvi təqdimatlar ediblər.

Elnur Məmmədov təqdimatında Azərbaycanda idmanda dopinqlə mübarizə siyasəti barədə çıxış edib və bir sıra statistik göstəriciləri iştirakçıların diqqətinə çatdırıb.

İdman.biz

Избранный
38
1
idman.biz

2Источники