Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində zəncirvari qəza baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə zamanı “Ford Tranzit” markalı yük avtomobili ilə BMW və BYD markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdə olan 1998-ci il təvəllüdlü P.Verdiyev, 1993-cü il təvəllüdlü M.Abdullayeva, 1976-cı il təvəllüdlü R.Yusifov və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"