RU

Rabat şəhərində "OIC-CERT" təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib

BAKI, TurkicWorld

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin (CERT) birliyi olan “OIC-CERT” təşkilatının İdarə Heyətinin 17 sentyabr tarixində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş növbəti iclasında iştirak etmişdir.

İdarə heyətinin iclasında təşkilatın 2025-ci il üzrə fəaliyyət planı çərçivəsində görülmüş işlər müzakirə olunmuş, həmçinin ölkəmizin (CERT.gov.az) inkişafına rəhbərlik etdiyi “OIC-CERT”in 4-cü strateji istiqaməti - "Kibertəhlükəsizlik, innovasiya, elmi-tədqiqat, və texnologiya" sahəsində həyata keçirilən işlərin vəziyyəti barədə məlumat verilmişdir. Bununla yanaşı İdarə Heyəti XRİTDX-nin üzərində işlədiyi “İnformasiya təhlükəsizliyi mühitinin diaqnostikası” layihəsinin ilkin versiyası ilə tanış olmuş, hazırlanmış qiymətləndirmə metodologiyasının onlar üçün də maraqlı olduğu və üzv ölkələr arasında bölüşdürülməsinin faydalı olacağı qeyd edilmişdir.

İclas zamanı “Qlobal Kibertəhlükəsizlik Mükafatı” yarışmasına 2025-ci il üzrə təqdim edilmiş layihələrin qiymətləndirmə nəticələri açıqlanmış və Birləşmiş Ərəb Əmirliyinin Kibertəhlükəsizlik Konsulluğun layihəsi qalib elan olunmuşdur.

Məlumat üçün qeyd edək ki, XRİTDX OIC-CERT təşkilatının idarə heyətində ölkəmizi artıq 9 ildir uğurla təmsil edir.

Избранный
14
6
turkic.world

7Источники