Fransanın bir neçə şəhərində etirazçılarla polis arasında toqquşmalar baş verib, azı 30 nəfər saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RMC radiostansiyası polisdəki mənbəyə istinadən məlumat yayıb.
Sentyabrın 18-də Fransada hökumətin təklif etdiyi qənaət tədbirlərinə etiraz olaraq ümummilli tətil keçirilir.
Tuluza (ölkənin cənubu), Brest (qərb) və Marseldə (cənub) qarşıdurmalar baş verib.