RU

Uitni Hyuston səhnəyə "qayıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2012-ci ildə vəfat edən amerikalı müğənni Uitni Hyustonun varisləri ABŞ-nin yeddi şəhərində onun süni intellektlə yaradılmış səsi ilə konsertlər təşkil etməyə başlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Variety" jurnalı xəbər yayıb.
Bildirilir ki, Uitni Hyustonun varisləri "Primary Wave Music" və "Park Avenue Artists" şirkətləri ilə birlikdə mərhum müğənnini səhnəyə "qaytarmağı" planlaşdırırlar. Bunun üçün "Moises" musiqi yaratma platformasının süni intellekt əsaslı səsayırma texnologiyasından istifadə olunub. Texnologiya Hyustonun orijinal yazılarından vokal partiyalarını ayırmağa və yeddi şəhəri əhatə edən tur çərçivəsində canlı orkestr müşayiəti ilə təqdim etməyə imkan verəcək.
Mənbənin qeyd etdiyinə görə, bu layihə Hyustonun yaradıcılığını sevənlərə onun unudulmaz səsini yenidən eşitmək imkanı yaradacaq.
Избранный
38
1
oxu.az

2Источники