RU

Əbdül Xalid: “Onun  maddi dəstəyimə ehtiyacı yoxdur”

Müğənni Əbdül Xalid  qonaq olduğu proqramda gərgin anlar yaşayıb.

Adalet.az bildirir ki,o, aparıcının “ Deyirlər ki, siz birinci evliliyinizdən olan övladınıza baxmırsınız” sualından qəzəbləndiyini aşkar şəkildə bildirib:
“Əvvəla onu deyim ki, şəxsi məsələləri efirə gətirməyi sevmirəm. Çünki yalnız mənə aid məsələnin ictimailəşməsini normal qəbul etmirəm. Şəxsi həyatımla bağlı sualları isə qətiyyən sevmirəm. 

Sadəcə sualınıza aydınlıq gətrmək üçün, onu deyə bilərəm ki, mən Mədinə qızımla münasibətimiz çox yaxşıdır.  Hazırda ABŞ-də təhsil aldığı üçün görüşə bilmirik. Ancaq həftədə 2-3 dəfə telefonla danışırıq. 

Hər iki qızımı da çox istəyirəm. Bilirsiniz, qız övladı ataya bağlı olur. Ona görə də onlardan sevgimi əsirgəmirəm. 

Heç kəs həyatda heç nədən sığortalanmayıb. Ancaq bunun övladlarıma qətiyyn aidiyyatı yoxdur. Övladlarım gözümün işığıdır. Həmişə deyirəm ki, nə qədər ki, ömrüm var sizin yanınızdayam. O da mənə deyir ki, ata, səninlə fəxr edirəm. 

Qızım Amerikada anası ilə yaşayır. Hələ ki mənim maddi dəstəyimə ehtiyac yoxdur. Ancaq lazım gələrsə, mütləq dəstək olaram”.


Əntiqə

Избранный
37
adalet.az

1Источники